Gürcüstanda gələn il yanvarın 31-dək sərt məhdudiyyətlər tətbiq olunacaq

Gürcüstanda gələn il yanvarın 31-dək sərt məhdudiyyətlər tətbiq olunacaq Gürcüstanda yaranmış ağır epidemioloji vəziyyət səbəbindən noyabrın 28-dən etibarən ölkədə əlavə sərt məhdudiyyətlər tətbiq olunacaq.
Region
26 Noyabr , 2020 14:13
Gürcüstanda gələn il yanvarın 31-dək sərt məhdudiyyətlər tətbiq olunacaq
0 : 00
0 : 00

Gürcüstanda yaranmış ağır epidemioloji vəziyyət səbəbindən noyabrın 28-dən etibarən ölkədə əlavə sərt məhdudiyyətlər tətbiq olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi yanvarın 31-dək qüvvədə saxlanılacaq.

Bu müddət ərzində vətəndaşlar və nəqliyyat vasitələrinin hərəkəti 31 dekabr və 6 yanvar istisna olmaqla saat 21:00-dan saat 05:00-dək məhdudlaşdırılacaq.

Bununla yanaşı, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılacaq. Fərdi avtomobillə hərəkət və taksilərin fəaliyyətinə icazə veriləcək.

Restoran və kafelərdə yerində xidmət, idman obyektərinin fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan olunacaq.

Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi şəhərlərində ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti qadağan olunacaq. Aqrar bazarlar fəaliyyətlərini davam etdirəcəklər.

Bütün tədris müəssisələrində distant rejim tətbiq olunacaq , dövlət və özəl uşaq bağçaları bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi