Gürcüstanda yanvarın 1-dən avtomobil və neft məhsullarının aksiz vergisi artacaq

Gürcüstanda yanvarın 1-dən avtomobil və neft məhsullarının aksiz vergisi artacaq 1 ton benzinin aksiz vergisi 250 laridən 500 lariyə qədər artırılacaq
Region
30 Noyabr , 2016 11:26
Gürcüstanda yanvarın 1-dən avtomobil və neft məhsullarının aksiz vergisi artacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Gürcüstan hökuməti gələn il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan avtomobillərə və neft məhsullarına görə aksiz vergisinin dərəcəsini artıracaq.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, neft məhsullarının istehlakı ölkədə avtomobillərin sayının artmasıyla bağlıdır və bu amil həm ekoloji vəziyyətə mənfi təsir edir, həm də böyük şəhərlərdə hərəkəti çətinləşdirir.

Gürcüstan maliyyə naziri Dmitri Kumsişvili bildirib ki, aksiz vergisi 1 ton benzin üçün 250 laridən (171 manat) 500 lariyə (342 manat) qədər, 1 ton dizel üçün 150 laridən (102 manat) 400 lariyə (273 manat) qədər, 1000 kubmetr qaz üçün isə 80 laridən (54 manat) 200 lariyə (137 manat) qədər artırılacaq.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, avtomobillər və neft məhsulları ölkənin əsas idxal məhsullarıdır. 2016-cı ilin yanvar ayından oktyabr ayına qədər olan dövrdə Gürcüstan 374,3 milyon ABŞ dolları məbləğində avtomobil, 476 milyon ABŞ dolları məbləğində isə neft və neft məhsulları idxal edib.

Son xəbərlər

Orphus sistemi