Gürcüstanda xəstəxana direktorunu qətlə yetirən polis əməkdaşı saxlanılıb

Gürcüstanda xəstəxana direktorunu qətlə yetirən polis əməkdaşı saxlanılıb Gürcüstanın Kaxeti bölgəsində ötən gecə qətl hadisəsi baş verib.
Region
26 Dekabr , 2020 11:08
Gürcüstanda xəstəxana direktorunu qətlə yetirən polis əməkdaşı saxlanılıb

Gürcüstanın Telavi Mərkəzi Xəstəxanasının direktoru Zurab Saçişvilinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Həmin şəxs Telavi rayon polis idarəsinin rəis müavini Vano Zandaraşvilidir.

İstintaqla müəyyən edilib ki, dekabrın 26-da Telavinin İkalto kəndində V.Zandaraşvili mübahisə zamanı qisas zəminində odlu silahla Z.Saçişvilini qəsdən qətlə yetirib. Hadisə zamanı digər şəxs də yüngül yaralar alıb.

İş üzrə istintaq və prosessual hərəkətlər davam etdirilir.

09:13

Gürcüstanın Kaxeti bölgəsində ötən gecə qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Telavi Mərkəzi Xəstəxanasının direktoru Zurab Saçişvili odlu silahla ölümcül yaralanıb.

Yayılan məlumatlara əsasən, hadisə İkalto kəndində ailələrdən birinin evində başlayan və daha sonra küçədə davam edən mübahisədən sonra baş verib.

Hadisə zamanı Telavi meriyasının əməkdaşının da yaralandığı bildirilir.

Faktla bağlı istintaq tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi