Gürcüstanda xarici vətəndaş dənizdə batıb

Gürcüstanda xarici vətəndaş dənizdə batıb Gürcüstanın Ureki kurortunda əcnəbi vətəndaş dənizdə batıb.
Region
10 İyul , 2019 20:10
Gürcüstanda xarici vətəndaş dənizdə batıb

Gürcüstanın Ureki kurortunda əcnəbi vətəndaş dənizdə batıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, xarici turist ailəsi ilə birlikdə çimərlikdə olub.

Müəyyən vaxtdan sonra kişi gözdən itib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası çağırılıb.

Axtarışlara dalğıclar da cəlb olunub. Əcnəbi vətəndaşın meyiti batdığı yerdən bir kilometr aralıda tapılıb.

Faktla bağlı istintaq aparılır.

Ölən şəxsin vətəndaşlığı hələ ki açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi