Gürcüstanın Qurcaani rayonunun Baxurtsixe kəndində üzüm bağlarında baş verən yanğın söndürülüb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.
Quru otlar və üzümlüklərdə qeydə alınan yanğının daha geniş əraziyə yayılma təhlükəsi olsa da, yanğınsöndürənlər onu aradan qaldıra biliblər.
Yanğının söndürülməsinə altı yanğınsöndürən maşın cəlb olunub.
*** 13:43
Gürcüstanın Qurcaani rayonunun Baxurtsixe kəndində üzüm bağları yanır.
"Report"un yerli bürosu xəbər verir ki, yanğının söndürülməsinə beş yanğınsöndürən maşın cəlb olunub.
Yanğının 10 hektar sahəni əhatə etdiyi bildirilir.
Yanğının başvermə səbəbi hələ məlum deyil.