Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi poçt markası çap olunub.
"Report"un yerli bürosu xəbər verir ki, dekabrın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə “Heydar Aliyev 100” markasının təqdimat mərasimi keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən tədbirdə səfir Faiq Quliyev, “Azərpoçt” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, “Azərpoçt” MMC-nin Marka şöbəsinin direktoru Sitarə Hüseynova, Gürcüstanın iqtisadiyyat nazirinin müavini Quram Quramişvili, iqtisadiyyat nazirliyinin rabitə, informasiya və müasir texnologiyalar departamentinin direktoru Eka Kubusidze, Gürcüstan Poçtunun beynəlxalq əlaqələr departamenitinin rəisi Nuqzar Breqvadze və digər rəsmi şəxslər iştirak ediblər.