Gürcüstanda ÜDM-in builki artım proqnozu azaldılıb

Gürcüstanda ÜDM-in builki artım proqnozu azaldılıb Gürcüstanda bu il üçün ÜDM-in artım proqnozu 5%-dən 4,5%-dək azaldılıb.
Region
31 İyul , 2019 18:32
Gürcüstanda ÜDM-in builki artım proqnozu azaldılıb

Gürcüstanda bu il üçün ÜDM-in artım proqnozu 5%-dən 4,5%-dək azaldılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının monetar siyasətlə bağlı hesabatında bildirilib.

Proqnoza yenidən baxılmasına Rusiya və Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması fonundakı risklər səbəb olub.

Sənəddə bu məhdudiyyətin il ərzində turizmdən gəlirlərin azalmasına gətirib çıxaracağı qeyd olunub.

Hesabata əsasən, 2019-cu ilin birinci rübündə Gürcüstanda real ÜDM artımı 4,9% olub. İlkin hesablamalara görə, ikinci rübdə ÜDM 5% artıb.

Son xəbərlər

Orphus sistemi