Gürcüstanda ÜDM 2,2% artıb

Gürcüstanda ÜDM 2,2% artıb Bu ilin birinci rübündə Gürcüstanda nominal ÜDM 11 063,8 milyon lari təşkil edib.
Region
19 iyun 2020 07:36
Gürcüstanda ÜDM 2,2% artıb

Bu ilin birinci rübündə Gürcüstanda nominal ÜDM 11 063,8 milyon lari təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

ÜDM-in real artım tempi illik müqayisədə 2,2%-ə bərabər olub, ÜDM deflyatoru isə 6,1% artıb.

Yanvar-martda qonşu ölkədə real artım sağlamlıq və sosial fəaliyyət (13,5%), incəsənət, əyləncə və rekreasiya (16,2%), istehsal (5,7%), tikinti (6,7%), təhsil (7,5%), dövlət idarəçiliyi və müdafiə, icbari sosial təminat (4,2%), daşınma və anbar təsərrüfatı (4,7%), informasiya və kommunikasiya (7,6%), daşınmaz əmlak fəaliyyəti (1,6%) sahələrində müşahidə olunub.

Azalma isə peşə, elmi və texniki fəaliyyət (-13,1%), maliyyə və sığorta fəaliyyəti (-6,1%), elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı (-6,6%) sahələrində qeydə alınıb.

Hesabat dövründə ÜDM-də ən böyük paya ticarət (13,5%), daşınmaz əmlak (12,9%) və istehsal (9,5%) sahələri sahib olub.

Son xəbərlər

Orphus sistemi