Gürcüstanda toy və digər kütləvi ziyafətlərin keçirilməsinə qoyulan məhdudiyyətlər qüvvədə qalır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.
Digər qərarla iyunun 1-dən ölkə ərazisində kafe və restoranların şənbə-bazar günlərində açıq hava ilə yanaşı, qapalı məkanda da müştəri qəbul etmələrinə icazə verilib.