Gürcüstanda tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi

Gürcüstanda tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi Gürcüstan parlamenti üçüncü oxunuşda tibbi maska taxmamağa görə cərimələrin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.
Region
197
12 İyun , 2020 13:22
Gürcüstanda tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi

Gürcüstan parlamenti üçüncü oxunuşda tibbi maska taxmamağa görə cərimələrin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, 73 deputat sənədin lehinə səs verib.

Qanun təsdiqlənməsi üçün ölkə Prezidenti Salome Zurabişviliyə təqdim olunacaq.

Qərara əsasən, qapalı ictimai yerlərdə tibbi maska istifadə etməyən fiziki şəxslər 20 lari cərimə olunacaq. İnsanların tibbi maskasız bu məkanlara daxil olmasına nəzarət etməyən hüquqi şəxslərə qarşı isə 500 lari məbləğində cərimə tətbiq ediləcək.

İctimai nəqliyyat, metro və taksidə qoruyucu tibbi ləvazimatdan istifadə qaydalarını pozanlara 20 lari cərimə yazılacaq.

Sağlamlıq vəziyyətinə görə tibbi maska taxa bilməyənlər müvafiq arayış alacaqlar və onlar cərimələnməyəcəklər. 

Son xəbərlər

Orphus sistemi