Gürcüstanda televiziya kanalına kiber hücumu olub

Gürcüstanda televiziya kanalına kiber hücumu olub Gürcüstanın Birinci kanalının serverinə xarici müdaxilə nəticəsində kiber hücumu olub.
Region
12 Sentyabr , 2019 19:18
Gürcüstanda televiziya kanalına kiber hücumu olub

Gürcüstanın Birinci kanalının serverinə xarici müdaxilə nəticəsində kiber hücumu olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə teleşirkət məlumat yayıb.

Kiber hücumu nəticəsində bu gün yayımçının şəbəkəsində virus yayılıb. Virus Birinci kanalın serverində vacib faylları şifrələyib və pozub.

Digər serverlərdə virusun qarşısını almaq mümkün olub.

Faktla bağlı Birinci kanal Gürcüstanın Daxili İşlər Nazirliyinə məlumat verib. 

Orphus sistemi