Gürcüstanda  telekanal rəhbərinə 4 il həbs cəzası verilib

Gürcüstanda  telekanal rəhbərinə 4 il həbs cəzası verilib Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biri, iş adamı Giorgi Rurua 4 il müddətinə azadlıqdan məhrum olunub.
Region
30 İyul , 2020 11:36
Gürcüstanda  telekanal rəhbərinə 4 il həbs cəzası verilib
Giorgi Rurua

Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biri, iş adamı Giorgi Rurua 4 il müddətinə azadlıqdan məhrum olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

G.Rurua ötən ilin noyabrında odlu silahın qanunsuz əldə olunması və saxlanılması faktı üzrə tutulub.

Qeyd edək ki, Gürcüstan müxalifəti G.Ruruaya qarşı cinayət işinin dayandırılmasını tələb edir və onu siyasi məhbus adlandırıb. Müxalifət iddia edir ki, telekanal təsisçisinin azad olunması bu ilin martın 8-də parlament seçkiləri ilə bağlı hakimiyyət ilə əldə edilən razılaşmanın şərtlərindən biri olub. 

 

Son xəbərlər

Orphus sistemi