Gürcüstanda Təhsil Nazirliyi yaradılıb

Gürcüstanda Təhsil Nazirliyi yaradılıb “Gürcüstan hökumətinin strukturunda bəzi dəyişikliklər edilib”.
Region
28 Yanvar , 2021 11:28
Gürcüstanda Təhsil Nazirliyi yaradılıb

“Gürcüstan hökumətinin strukturunda bəzi dəyişikliklər edilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ayrıca dövlət qurumu kimi yaradılacaq, mədəniyyət, idman və gənclər istiqaməti isə bir nazirlikdə birləşdiriləcək.

Baş nazir qeyd edib ki, nazirliklərin ayrılması barədə texniki məsələlər artıq yekunlaşdırılıb.

Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda təhsil, elm, mədəniyyət və idman sahələri üzrə bir nazirlik fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi