Gürcüstanda təbii qaz ən çox istehlak edilən enerji resursu olub

Gürcüstanda təbii qaz ən çox istehlak edilən enerji resursu olub Gürcüstanda ötən il təbii qaz və neft məhsulları ölkənin enerji istehlakı strukturunda ən böyük paya sahib olub.
Region
17 Dekabr , 2019 11:59
Gürcüstanda təbii qaz ən çox istehlak edilən enerji resursu olub

Gürcüstanda ötən il təbii qaz və neft məhsulları ölkənin enerji istehlakı strukturunda ən böyük paya sahib olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat ilində “mavi yanacağ”ın qeyd olunan strukturda payı 34,5% təşkil edib. Neft məhsulları bu strukturda 28,9%, elektrik enerjisi isə 23,3%-ə sahib olub.

2018-ci ildə istehlak olunan enerjinin 6,2%-i bioyanacaq və tullantılar, 7,1%-i isə kömür və geotermal enerji mənbələrinin payına düşüb.

Ötən il təbii qaza olan tələbat 2 408,3 milyon kub metr təşkil edib ki, bu da illik müqayisədə 1,3% azdır. İl ərzində 1 809,2 milyon kub metr təbii qaz istifadə olunub. Bu göstərici 2017-ci illə müqayisədə 0,8% azalıb.

Hesabat dövründə ölkədə 1 240,0 min ton neft məhsulları istehlak olunub ki, bu həcmdə illik müqayisədə 2,3% azalma qeydə alınıb.

2018-ci ildə istehlak olunan elektrik enerjisinin həcmi isə 11 937,3 milyon kilovatt/saata bərabər olub.

Enerjinin ən çox istehlak olunduğu sahələrin ilk üçlüyünə nəqliyyat (33,1%), ev təsərrüfatları (27,7%) və sənaye (20,5%) daxil olub. 

Son xəbərlər

Orphus sistemi