Gürcüstanda son sutkada koronavirusdan 74 nəfər vəfat edib

Gürcüstanda son sutkada koronavirusdan 74 nəfər vəfat edib Gürcüstanda ötən sutkada koronavirusa 4 901 yeni yoluxma halı təsdiqlənib, 2 586 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent vəfat edib.
Region
21 Avqust , 2021 10:40
Gürcüstanda son sutkada koronavirusdan 74 nəfər vəfat edib

Gürcüstanda ötən sutkada koronavirusa 4 901 yeni yoluxma halı təsdiqlənib, 2 586 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 510 941 nəfərdə aşkarlanıb. Onların 442 956-sı sağalıb, 6 723-ü dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 61 236 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi