Gürcüstanda son sutkada koronavirusdan 44 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 44 nəfər ölüb Gürcüstanda son sutkada daha 2 236 nəfərdə koronavirus aşkarlanıb, 44 nəfər vəfat edib.
Region
9 Avqust , 2021 10:40
Gürcüstanda son sutkada koronavirusdan 44 nəfər ölüb
0 : 00
0 : 00

Gürcüstanda son sutkada daha 2 236 nəfərdə koronavirus aşkarlanıb, 44 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində daha 3 146 nəfər müalicə olunaraq sağalıb.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 450 149 nəfər təşkil edir. Onların 403 762-si sağalıb, 6 128-i ölüb.

Son xəbərlər

Orphus sistemi