Gürcüstanda son iki həftədə eyni ərazidə 5-ci dəfə zəlzələ olub

Gürcüstanda son iki həftədə eyni ərazidə 5-ci dəfə zəlzələ olub Gürcüstanın Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ qeydə alınıb.
Region
16 Avqust , 2021 08:23
Gürcüstanda son iki həftədə eyni ərazidə 5-ci dəfə zəlzələ olub

Gürcüstanın Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ 3,7 bal gücündə olub. Yeraltı təkanların dərinliyi 11 km təşkil edib.

Qeyd edək ki, bu son iki həftə ərzində Dmanisi rayonunun Sameba kəndi yaxınlığında qeydə alınan 5-ci zəlzələdi.

Son xəbərlər

Orphus sistemi