Gürcüstanda şəhərlərarası sərnişin daşımaları dayandırılır

Gürcüstanda şəhərlərarası sərnişin daşımaları dayandırılır Gürcüstanda sabahdan etibarən Tbilisi ilə yanaşı, bölgələrdə və şəhərlərarası sərnişin daşımalarında mikroavtobusların hərəkəti qadağan olunacaq.
Region
17 Mart , 2020 16:02
Gürcüstanda şəhərlərarası sərnişin daşımaları dayandırılır
pexels.com

Gürcüstanda sabahdan etibarən Tbilisi ilə yanaşı, bölgələrdə və şəhərlərarası sərnişin daşımalarında mikroavtobusların hərəkəti qadağan olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Baş nazir Giorgi Qaxaria bu qərarla bölgə qubernatorlarını tanış edib. O, qubernatorları koronavirusla mübarizə istiqamətində qəbul edilən qərar və tövsiyələri effektiv yerinə yetirməyə çağırıb.

Tbilisinin sərnişin avtobuslarında da sabahdan yeni qaydalar tətbiq olunacaq. Sürücü kabinəsi tam təcrid olunacaq, sərnişinlər yalnız arxa qapıdan istifadə edə biləcəklər. Bununla yanaşı, avtobuslarda konduktorların fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi