Gürcüstanda şəhər meriyasının qarşısında “uşaq bezi” aksiyası keçirilib

Gürcüstanda şəhər meriyasının qarşısında “uşaq bezi” aksiyası keçirilib Gürcüstanın Kutaisi şəhər meriyasının binası qarşısında simvolik aksiya keçirilib.
Region
28 Mart , 2019 17:01
Gürcüstanda şəhər meriyasının qarşısında “uşaq bezi” aksiyası keçirilib
0 : 00
0 : 00

Gürcüstanın Kutaisi şəhər meriyasının binası qarşısında simvolik aksiya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanı müxalif Azad Gürcüstan Partiyası təşkil edib.

Aksiya iştirakçıları əllərində uşaq bezləri və güvəc (qorşok) tutaraq şəhərdə ictimai ayaqyollarının olmamasına diqqət çəkiblər.

Partiyanın liderlərindən olan Qoqi Tsulaya uşaq bezlərini və güvəcləri şəhər meriyasına bağışlamaq istəyib: “Şəhər meriyası bizim hədiyyələri şəhərə gələn turistlərə verə bilər. İctimai ayaqyolları açılana qədər turistlər uşaq bezləri və güvəclərdən istifadə edə bilərlər”.

Kutaisi şəhər meriyasının mühafizəçiləri aksiya iştirakçılarının binaya daxil olmasına icazə verməyib.

Meriyadan bildirilib ki, şəhərdə ictimai ayaqyolları ilə bağlı problemin aradan qaldırılması üçün bu aksiya elan olunacaq. Müvafiq müqavilənin imzalanmasından sonra Kutaisidə 4 ictimai ayaqyolu icarəyə veriləcək. 

Son xəbərlər

Orphus sistemi