Gürcüstanda seçki baryeri 3%-dək azaldılır

Gürcüstanda seçki baryeri 3%-dək azaldılır Gürcüstanda seçki baryerinin 5%-dən 3%-dək azaldılması planlaşdırılır
Region
25 Mart , 2021 10:28
Gürcüstanda seçki baryeri 3%-dək azaldılır

Gürcüstanda seçki baryerinin 5%-dən 3%-dək azaldılması planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı hakim Gürcü Arzusu Partiyası Konstitusiyaya dəyişikliklər layihəsi hazırlayıb.

Təşəbbüsün dəstəklənməsi üçün 76, təsdiqlənməsi üçün isə 113 deputatın səsi tələb olunur.

Hazırda parlamentdə “Gürcü Arzusu” 90, müxalifət isə 6 millət vəkili ilə təmsil olunub. Buna görə də seçki baryerinin azaldılması üçün digər müxalifət partiyalarından seçilən deputatlar da parlamentə daxil olmalıdırlar.

Digər dəyişikliyə əsasən, parlament fraksiyasının yaradılması üçün tələb olunan minimal deputat sayı 7-dən 4-ə endiriləcək.

Layihənin yaxın günlərdə parlamentə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, qonşu ölkədə növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi