Gürcüstanda şaxtada qəza olub: ölən var

Gürcüstanda şaxtada qəza olub: ölən var Kömür şaxtalasında dağ süxurlarının dağılması zamanı bir işçi həlak olub
Region
28 Oktyabr , 2017 03:41
Gürcüstanda şaxtada qəza olub: ölən var

Bakı. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın qərbindəki Tkibuli şəhərinin kömür şaxtalarından birində dağ süxurlarının dağılması zamanı bir işçi həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tiflisin "Imedi" televiziya şirkəti bildirib.

Tkibulidən daxil olan məlumatlara görə, işçi yeraltı işlərin görülməsi zamanı dağ kütləsinin dağılmasından sonra ölüb. Şaxtada baş vermiş hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.

Bildirilir ki, hadisə şəraitinin öyrənilməsi məqsədilə İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri Tiflisdən Tkibuliyə gəliblər.

Son xəbərlər

Orphus sistemi