Gürcüstanda saxlanılan etirazçıların sayı 18-ə çatıb

Gürcüstanda saxlanılan etirazçıların sayı 18-ə çatıb Gürcüstanın paytaxtı Tbilisidə 20-21 iyunda ölkə parlamentinin binası qarşısında baş verən hadisələrlə bağlı daha iki şəxs saxlanılıb.
Region
26 İyul , 2019 20:02
Gürcüstanda saxlanılan etirazçıların sayı 18-ə çatıb

Gürcüstanın paytaxtı Tbilisidə 20-21 iyunda ölkə parlamentinin binası qarşısında baş verən hadisələrlə bağlı daha iki şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər kütləvi zorakılıq, polisə hücumda iştirak və parlament binasına soxulmağa cəhd ediblər.

Bu günə qədər eyni ittihamla 16 şəxs saxlanılıb. Saxlanılanlar arasında keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşvili də var. Müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Meliaya qarşı da eyni ittham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi