Tbilisi. 6 sentyabr. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun sabiq meri Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası başlayıb.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, yüzlərlə vətəndaş ona dəstək olmaq üçün məhkəmə binasının qarşısında toplaşıb.
Onlar T.Abazova qarşı irəli sürülən ittihamı əssassız olduğunu bildirərək məhkəmədən onun azadlığa buraxılması ilə bağlı qərarın qəbul olunmasını tələb edirlər.
T. Abazovun tərəfdarlarından olan Kamandar İsmayılov "Report"a bildirib ki, məhkəmədən ədalətli qərar gözləyir: "Ümid edirik ki, Temur tezliklə azadlığa buraxılacaq".
Bu arada Rustavi şəhər Məhkəməsində T. Abazovun işi ilə bağlı adı keçən Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və digər şəxslərlə bağlı da məhkəmə iclası keçirilir.
Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.


