Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başlayıb

Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başlayıb Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.
Region
13 noyabr 2021 14:20
Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başlayıb

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.

“Report” bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Hazırda parlamentə bitişik Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.

Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb.

Son xəbərlər

Orphus sistemi