Gürcüstanda Rusiyameyilli ultra-millətçi partiya qeydiyyata alınıb

Gürcüstanda Rusiyameyilli ultra-millətçi partiya qeydiyyata alınıb Gürcüstanda “Mühafizəkar hərəkat” adlı yeni siyasi partiya dövlət qeydiyyatına alınıb.
Region
7 Dekabr , 2021 15:10
Gürcüstanda Rusiyameyilli ultra-millətçi partiya qeydiyyata alınıb
0 : 00
0 : 00

Gürcüstanda “Mühafizəkar hərəkat” adlı yeni siyasi partiya dövlət qeydiyyatına alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, siyasi təşkilatın təsisçisi “Alt-İnfo” onlayn media resursudur.

Ultra-mühafizəkar və millətçi “Mühafizəkar hərəkat”ın əsas məqsədi Gürcüstanda liberal deyil, xristian demokratiyası qurmaqdır.

ABŞ və Avropa İttifaqına qarşı çıxan partiya liderləri Gürcüstanın Rusiya ilə münasibətlərinin bərpasının tərəfdarıdır.

Gürcüstanın hüquq müdafiəçiləri ultra-millətçi partiyanın qeydiyyata alınmasını hiddətlə qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi