Gürcüstanın Kutaisi şəhərində fevralın 11-də Rusiya vətəndaşı olan turisti döyən şəxs saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs içkili vəziyyətdə olan 1991-ci il təvəllüdlü əcnəbiyə fiziki təzyiq göstərərək mobil telefonunu oğurlayıb və hadisə yerindən qaçıb.
Mobil telefon maddi sübut kimi müsadirə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin zorakılıq yolu ilə soyğunçuluq maddəsi üzrə istintaq davam etdirilir.