Gürcüstanda rəyi soruşulanların əksəriyyəti parlamentin yerinin dəyişdirilməsini dəstəkləyib

Gürcüstanda rəyi soruşulanların əksəriyyəti parlamentin yerinin dəyişdirilməsini dəstəkləyib Məlumata görə, rəy sorğusu ölkə ərazisində 4 448 nəfər arasında bu il avqustun 8-dən sentyabrın 10-dək keçirilib
Region
12 Oktyabr , 2015 17:52
Gürcüstanda rəyi soruşulanların əksəriyyəti parlamentin yerinin dəyişdirilməsini dəstəkləyib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Gürcüstan parlamentinin fəaliyyət göstərdiyi şəhərin dəyişdirilib-dəyişdirilməməsilə bağlı rəy sorğusu keçirilib. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, rəy sorğusunu "NDİ" təşkilatı keçirib. 

Rəyi soruşulanların 71 faizi hesab edib ki, ölkə parlamenti Kutaisidə deyil, Tbilisidə yerləşdirilməlidir.

Keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, rəyi soruşulanların 20 faizi hesab edib ki, parlament Kutaisidə fəaliyyətini davam etdirməlidir. Respondentlərin 8 faizi suala cavab verə bilməyib, bir faizi isə qanunverici orqanın başqa şəhərdə yerləşdirilməsini istədiklərini bildiriblər.

Məlumata görə, rəy sorğusu bütün Gürcüstan ərazisində 4 448 nəfər arasında bu il avqustun 8-dən sentyabrın 10-dək keçirilib.

"NDİ"nın araşdırmasını İsveçin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyi ("Sida") maliyyələşdirib. Sorğunu isə "CRRC-Gürcüstan" keçirib. 

Son xəbərlər

Orphus sistemi