Gürcüstanda respondentlərin 63%-i ölkənin iqtisadi durumunu mənfi qiymətləndirib

Gürcüstanda respondentlərin 63%-i ölkənin iqtisadi durumunu mənfi qiymətləndirib Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti ölkənin iqtisadi vəziyyətinin pis olduğunu hesab edir.
Region
17 Sentyabr , 2019 12:44
Gürcüstanda respondentlərin 63%-i ölkənin iqtisadi durumunu mənfi qiymətləndirib

Gürcüstanda rəyi soruşulanların böyük əksəriyyəti ölkənin iqtisadi vəziyyətinin pis olduğunu hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Respondentlərin 63%- iqtisadi vəziyyəti “pis”, 4%-i isə “müsbət” qiymətləndirib. Sorğuda iştirak edənlərin 31%-i isə iqtisadi durumun dəyişmədiyini bildirib.

Rəyi soruşulanların 48%-i turizmi, 31%-i kənd təsərrüfatı, 6%-i isə istehsal və sənayeni Gürcüstan iqtisadiyyatının ən güclü sahəsi adlandırıb.

Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

Son xəbərlər

Orphus sistemi