Gürcüstanda rayon rəhbərləri azərbaycanlı qadınları təbrik ediblər

Gürcüstanda rayon rəhbərləri azərbaycanlı qadınları təbrik ediblər Tbilisi. 8 mart. REPORT.AZ/ Gürcüstanın Kvemo Kartli bölgəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı müxtəlif sahələrdə uğur qazanmış qadınlara hədiyyələr təqdim olunub.
Region
8 Mart , 2019 17:15
Gürcüstanda rayon rəhbərləri azərbaycanlı qadınları təbrik ediblər
Report

Tbilisi. 8 mart. REPORT.AZ/ Gürcüstanın Kvemo Kartli bölgəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı müxtəlif sahələrdə uğur qazanmış qadınlara hədiyyələr təqdim olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bayramla bağlı bölgə rəhbəri Şota Rexviaşvili bir sıra qadınları şəxsən təbrik edib.

Həmin qadınların arasında Marneuli sakini, gürcü dili müəlliməsi, əməkdar pedaqoq Tamar Abazova da olub. Ş.Rexviaşvili və Marneuli Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirən Zaur Tabatadze T.Abazovanın evinə baş çəkib və bayram münasibəti ilə ona gül dəstəsi və hədiyyələr təqdim ediblər.

Bolnisi rayonunda isə bayramla əlaqədar olaraq, çoxuşaqlı analar ziyarət olunub. Onların arasında 7 uşaq anası Minəvvər Əskərova da olub. Rayonun icra başçısı David Şerazadişvili M.Əskərovanın evinə baş çəkib və çoxuşaqlı ananı bayram münasibəti ilə təbrik edib.

D.Şerazadişvili M.Əskərovaya uzun ömür, cansağlığı və xoşbəxtlik arzu edib.

Beynəlxalq Qadınlar Günü ilə bağlı həmçinin Marneuli Rayon İcra Hakimiyyətində uğurlu şagirdlərlə görüş keçirilib. Görüşdə azərbaycanlı məktəbli Dərya Həsənova da iştirak edib. Yeniyetmə qızlara rayon rəhbərliyi adından gül dəstələri və simvolik hədiyyələr verilib. 

Son xəbərlər

Orphus sistemi