Gürcüstanda 18 nəfərin "donuz qripi"ndən ölməsi təsdiq olunub - YENİLƏNİB

Gürcüstanda 18 nəfərin "donuz qripi"ndən ölməsi təsdiq olunub - YENİLƏNİB Tbilisi. 18 yanvar. REPORT.AZ/ Gürcüstanda 18 nəfərin donuz qripindən ölməsi laboratoriya şəraitində təsdiq olunub.
Region
18 Yanvar , 2019 14:12
Gürcüstanda 18 nəfərin donuz qripindən ölməsi təsdiq olunub - YENİLƏNİB
0 : 00
0 : 00

Tbilisi. 18 yanvar. REPORT.AZ/ Gürcüstanda 18 nəfərin "donuz qripi"ndən ölməsi laboratoriya şəraitində təsdiq olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

O deyib ki, qrip virusuna yoluxma göstəricisi 253 hal olaraq qalır: "Xəstəxanalarda müalicə olunanların vəziyyəti əlbəttə ki, diqqət tələb edir. Qripə yoluxmanın pik həddi çoxdan geridə qalıb".


*** 12:48

Gürcüstanın Zuqdidi Şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs xəstəxanaya yanvarın 10-da çatdırılıb.

Pasiyentdə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstənin ölümünə “donuz qripi” adandırılan A (H1N1) virusunun səbəb olmasını ekspertiza müəyyən edəcək.

Hazırda Zuqdidi Şəhər Xəstəxanasında qrip virusuna yoluxan beşi uşaq olmaqla 27 pasiyent müalicə olunur. Onlardan biri süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə A (H1N1) virusu 17 nəfərin ölümünə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi