Gürcüstanda qripdən daha bir nəfər ölüb

Gürcüstanda qripdən daha bir nəfər ölüb Tbilisi. 3 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori şəhərində 39 yaşlı qadın qrip virusundan ölüb.
Region
3 Yanvar , 2019 11:17
Gürcüstanda qripdən daha bir nəfər ölüb

Tbilisi. 3 yanvar. REPORT.AZ/ Gürcüstanın Qori şəhərində 39 yaşlı qadın qrip virusundan ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, pasiyenti dünən gecə saatlarında qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.

İlkin məlumatlara əsasən, qadının ölümünə səbəb virusun ağır forması səbəb olub. Ölümün “donuz qripi”ndən baş verib-verməməsi ekspertiza ilə müəyyən olunacaq.

Qeyd edək ki, Gürcüstanda ötən ay H1N1 virusundan (“donuz qripi”) iki nəfər ölüb. Qonşu ölkədə qrip virusu geniş yayılıb. Son statistik məlumatlara əsasən, 100 min nəfər arasında 276 nəfər qripdən əziyyət çəkir. Öncəki göstərici 100 min nəfərə 221 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi