Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib

Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib Gürcüstanın Qardabani rayonunun Kalinino kəndində müəllim kimi çalışan Həmid Sadıx ictimai qınaqla üzləşib.
Region
14 Oktyabr , 2019 19:27
Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib

Gürcüstanın Qardabani rayonunun Kalinino kəndində müəllim kimi çalışan Həmid Sadıx ictimai qınaqla üzləşib.

“Report”un yerli bürosu xəbər verir ki, buna müəllimin “Facebook” səhifəsində vaxtilə dərs dediyi şagirdlərdən birinin zorla qaçırılması ilə bağlı yazdığı status səbəb olub.

H.Sadıx qeyd edib ki, həmin qızı Təzəkənd kəndində dayanacaqlardan birində olarkən qaçırıblar. O, buna görə icmanı günahlandıraraq kəskin və təhqiramiz ifadələrə yol verib.

“Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, H.Sadıxın statusundan hiddətlənən Təzəkənd kəndinin ağsaqqalları onu kəndin mərkəzində ictimai şəkildə qınayıblar.

Gənc müəllimin ictimai formada qınanması videoya çəkilərək yayılıb. Polis Təzəkənddə baş verən olayla bağlı araşdırmaya başlayıb. 

Son xəbərlər

Orphus sistemi