Gürcüstanda qazlaşdırma səviyyəsi 85%-ə çatdırılacaq

Gürcüstanda qazlaşdırma səviyyəsi 85%-ə çatdırılacaq “Gürcüstanda qazlaşdırma səviyyəsi 85 faizə çatdırılacaq”.
Region
9 İyul , 2019 18:11
Gürcüstanda qazlaşdırma səviyyəsi 85%-ə çatdırılacaq

“Gürcüstanda qazlaşdırma səviyyəsi 85 faizə çatdırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, Gürcüstanda dövlət büdcəsi hesabına üçillik qazlaşdırma planının həyata keçirilməsi davam etdirilir: “Plan çərçivəsində 226 yeni yaşayış məntəqəsi qazlaşdırılacaq, Gürcüstanın qazlaşdırılma səviyyəsi isə 85 faizə çatdırılacaq”.

Qeyd edək ki, 2019-2022-ci illərdə həyata keçiriləcək qazlaşdırma planına dövlət büdcəsindən 210 mln. lari (72,6 mln. dollardan çox) həcmində investisiya ayırılıb. 

Son xəbərlər

Orphus sistemi