Gürcüstanda Qarabağ şəhidinin doğum günündə adına bulaq açılıb - VİDEO - YENİLƏNİB

Gürcüstanda Qarabağ şəhidinin doğum günündə adına bulaq açılıb - VİDEO - YENİLƏNİB Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Səlimxan Bayramovun adına bulaq tikilib.
Region
14 İyul , 2021 16:00
Gürcüstanda Qarabağ şəhidinin doğum günündə adına bulaq açılıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

14.04

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Səlimxan Bayramovun adına bulaq tikilib.

“Report”un yerli bürosu xəbər verir ki, bulaq ötən gün – şəhidin doğum günündə istifadəyə verilib.

Bulaq Qaracalar kəndindən 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edənlərin xatirəsinə həsr olunan bağın ərazisində, məscidin yaxınlığında şəhidin dayısı Mahmud Rüstəmov tərəfindən inşa etdirilib.

Qaracalar kəndinin imamı Hidayət Xəlilov “Report”a müsahibəsində deyib ki, S.Bayramov tək kəndin deyil, bütün Azərbaycan xalqının fəxridir:

“Səlimxanın ana tərəfi bizim kənddəndir. Şəhidin xatirəsinin Qaracalarda əbədiləşdirilməsi ilə bağlı müzakirələr aparıldı. Belə qərara gəldik ki, bulaq tikilsin. Bağda istirahət edənlər və yoldan ötənlər bulaqdan su içib bütün şəhidlərin, həmçinin II Dünya müharibəsindən geri dönməyən 70-ə yaxın qaracalıların ruhuna dualar edəcəklər. Bu, ən böyük savab sayılır”.

İmam qeyd edib ki, bulağın tikilməsində kənd sakinləri də yaxından iştirak ediblər və bundan sonra da ətrafının təmiz saxlanılmasına nəzarət olunacaq.

Qeyd edək ki, S.Bayramov 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2015-2019-cu illərdə Gürcüstanın Texniki Universitetində təhsil alıb. O, ötən ilin sentyabrın 27-dən Vətən müharibəsində iştirak edib, oktyabrın 19-da Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. “Füzuli uğrunda”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi