Gürcüstanda qanunsuz silah hissələri satan şəbəkə ifşa olunub

Gürcüstanda qanunsuz silah hissələri satan şəbəkə ifşa olunub Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və ABŞ-ın Daxili Təhlükəsizlik Xidmətinin birgə əməkdaşlığı nəticəsində qanunsuz silah hissələri satan transmilli şəbəkə ifşa olunub.
Region
29 mart 2019 08:16
Gürcüstanda qanunsuz silah hissələri satan şəbəkə ifşa olunub
0 : 00
0 : 00

Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və ABŞ-ın Daxili Təhlükəsizlik Xidmətinin birgə əməkdaşlığı nəticəsində qanunsuz silah hissələri satan transmilli şəbəkə ifşa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu ilin martın 15-də gömrük nəzarətindən yayınaraq külli miqdarda daşınan əşyaların Gürcüstana gizli idxal edilməsi ittihamı ilə bağlı transmilli sxemin iştirakçısı olan Türkiyə vətəndaşı saxlanılıb.

İstintaqla müəyyən olunub ki, müttəhim cinayət ortaqları ilə birgə öncədən hazırlanmış cinayətkar sxem üzrə gömrük nəzarətindən gizli olaraq Gürcüstanın gömrük sərhədinə odlu silah hissələri gətirməyə çalışıb.

Planın həyata keçirilməsindən əvvəl Türkiyə vətəndaşı ABŞ-dan daşınmalar həyata keçirən “Gürcüstan Poçtu” MMC-nin vasitəsilə Gürcüstana tanışının adına bəyan edilmiş mallarla yanaşı, gizlədilmiş odlu silah hissələrinin olduğu bağlama göndərib.

Həyata keçirilmiş operativ axtarış və istintaq tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü Türkiyə vətəndaşı Tbilisidə avtomobillə hərəkət edərkən saxlanılıb.

Nəqliyyat vasitəsində axtarış zamanı müxtəlif odlu silahların 16 komplekt hissələri, həmçinin “Qlok 19” markalı 7, “Qlok 17” markalı 9 tapança komplekti maddi sübut kimi müsadirə olunub.

Türkiyə vətəndaşının Tbilisidə müvəqqəti yaşadığı mənzildə “Qlok” tapançası üçün 4 qab, lülə təmizlənməsi üçün 40 fırça, 8 patron, 9 maqazin və digər silah hissələri aşkar olunub.

Saxlanılan şəxsi 8 ildən 11 ilədək həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi