Gürcüstanda qaçırılan 16 yaşlı azərbaycanlı qız tapılıb

Gürcüstanda qaçırılan 16 yaşlı azərbaycanlı qız tapılıb Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində qaçırılan 16 yaşlı qız tapılıb.
Region
24 Dekabr , 2020 11:23
Gürcüstanda qaçırılan 16 yaşlı azərbaycanlı qız tapılıb

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində qaçırılan 16 yaşlı qız tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, polis yeniyetməni üç gün ərzində axtarıb.

Müəyyən olunub ki, qız evə qayıdarkən bir neçə şəxs tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hazırda polis bölməsində 21 yaşlı gənc və yeniyetmə qız dindirilir.

Faktla bağlı istintaq qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi üzrə aparılır.

Son xəbərlər

Orphus sistemi