Gürcüstanda probasiya nəzarətində 29 Azərbaycan vətəndaşı saxlanılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Həmin şəxslərin 28-i kişi, 1-i isə qadındır.
Ötən ayla müqayisədə qonşu ölkədə probasiya nəzarətinə alınan Azərbaycan vətəndaşlarının sayı 4 nəfər artıb.
Qeyd olunub ki, Gürcüstan həbsxanalarında 103 Azərbaycan vətəndaşı saxlanılır ki, onların 12-si ittiham olunan, 91-i isə məhkumdur.