Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək Tbilisi. 23 sentybar. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.
Region
23 Sentyabr , 2018 13:43
Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Tbilisi. 23 sentybar. REPORT.AZ/ Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi