Gürcüstanda polisə müqavimətə görə cəza sərtləşdirilib

Gürcüstanda polisə müqavimətə görə cəza sərtləşdirilib Gürcüstan parlamenti üçüncü oxunuşda İnzibati Xətalar Məcəlləsinə düzəlişləri təsdiqləyib
Region
29 Aprel , 2021 16:23
Gürcüstanda polisə müqavimətə görə cəza sərtləşdirilib

Gürcüstan parlamenti üçüncü oxunuşda İnzibati Xətalar Məcəlləsinə düzəlişləri təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, 72 deputat qanun layihəsini dəstəkləyib.

Düzəlişlərdə kiçik xuliqanlıq və polisə müqavimətə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub.

Kiçik xuliqanlığa yol verən şəxslərə qarşı 500 laridən 1 000 lariyədək (145-290 ABŞ dolları) cərimə və yaxud 15 günədək inzibati həbs cəzası tətbiq olunacaq. Bu qanun pozuntusuna təkrar yol veriləcəyi halda isə cərimə 1 500 laridən 2 min lariyədək (430-580 ABŞ dolları), inzibati həbs müddəti isə 7 gündən 15 günədək təşkil edəcək.

Polisə müqavimət göstərən şəxslər üçün isə 2 min laridən 3 min lariyədək (580-860 ABŞ dolları) və ya 15 günədək inzibati həbs nəzərdə tutulub. Cinayət əməli təkrar olunarsa, 3,5 min laridən 4 min lariyədək (1 015-1 160 ABŞ dolları) cərimə və yaxud 10 gündən 15 günədək inzibati həbs barədə qərar qəbul olunacaq.

Gürcüstanın ictimai fəalları və QHT-ləri qanun layihəsini sərt tənqid ediblər. Onlar bildiriblər ki, düzəlişlərin məqsədi ölkədə etirazların qarşısını almaqdır.

Son xəbərlər

Orphus sistemi