Gürcüstanda plastik paketlərdən istifadə tam qadağan olunub

Gürcüstanda plastik paketlərdən istifadə tam qadağan olunub Bu gündən etibarən Gürcüstanda bütün növ plastik paketlərin istehsalı, idxalı və satışı qadağan olunub.
Region
129
1 Aprel , 2019 09:46
Gürcüstanda plastik paketlərdən istifadə tam qadağan olunub

Bu gündən etibarən Gürcüstanda bütün növ plastik paketlərin istehsalı, idxalı və satışı qadağan olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qaydaları pozan sahibkarlar 500 lari (186 dollar) məbləğində cərimə olunmaqla  yanaşı, həm də malları müsadirə olunacaq.

Qaydaların pozulmasına təkrar yol veriləcəyi təqdirdə iş adamlarına qarşı tətbiq olunacaq cərimənin məbləği iki dəfə artırılacaq.

Plastik paket istehsalçılarının fəaliyyətinə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti nəzarət edəcək. Paketlərin idxalına Maliyyə Nazirliyinin Gömrük Xidməti, satışına isə yerli idarəetmə orqanları nəzarət həyata keçirəcək.

Qeyd edək ki, qonşu ölkədə ötən il oktyabrın 1-dən etibarən plastik paketlərdən istifadənin tədricən ləğvinə başlanılıb. 

İngilis versiyası Georgia bans plastic bags

Son xəbərlər

Orphus sistemi