Gürcüstanda pirotexniki vasitələrdən 25 nəfər yanıq xəsarəti alıb

Gürcüstanda pirotexniki vasitələrdən 25 nəfər yanıq xəsarəti alıb Tbilisi. 28 dekabr. REPORT.AZ/ Gürcüstanda pirotexniki vasitələrdən istifadə nəticəsində 25 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Region
28 Dekabr , 2018 12:10
Gürcüstanda pirotexniki vasitələrdən 25 nəfər yanıq xəsarəti alıb
0 : 00
0 : 00

Tbilisi. 28 dekabr. REPORT.AZ/ Gürcüstanda pirotexniki vasitələrdən istifadə nəticəsində 25 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, xəsarət alanlar Yanıq Mərkəzinə müraciət ediblər.

Onların böyük əksəriyyətini 6-12 yaş arasında olan uşaqlar təşkil edir.

Yanıq Mərkəzindən pasiyentlərin ciddi xəsarət almadığı bildirilib. Onlar ambulator müalicə aldıqdan sonra evə buraxılıblar.

Qeyd edək ki, Gürcüstan parlamentində yeniyetmələrə pirotexniki vasitələrin satışına görə qadağa və cəriməni nəzərdə tutan qanun layihəsi müzakirə olunur. 

Son xəbərlər

Orphus sistemi