Gürcüstan hökuməti koronavirus əleyhinə vaksinasiya üçün həvəsləndirmə proqramının müddətini uzadıb və əhatə dairəsini genişləndirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında qəbul olunub.
Qərara əsasən, peyvənd vurduranlar 200 lari (110 AZN) məbləğində pulu yanvar ayında da ala biləcəklər və yaş həddi 60-dan 50-yə endiriləcək.
Qeyd edək ki, dekabrın 1-dən qüvvədə olan qərar yalnız 60 yaşdan yuxarı vətəndaşlara aid edilib. Qərarla vaksin qəbul edən pensiyaçıların təqaüdünə 200 lari yanvarın 1-dək əlavə olunur.