"Gürcüstanda patrul polis ekipajlarının sayı artırılacaq".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulmasına nəzarətin gücləndirilməsi üçün mobil tətbiqin hazırlanması planlaşdırılır: "Mobil tətbiq vasitəsilə hər bir vətəndaş şahidi olduğu yol hərəkəti qaydalarının pozulma faktları ilə bağlı patrul polisinə məlumat verə biləcək".
V.Qomelauri qeyd edib ki, patrul polis xidmətlərinin əlçatan olmadığı rayonlarda mobil ekspress xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.