Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

Gürcüstanda parlament seçkiləri təxirə salına bilər “Gürcüstanda builki parlament seçkiləri ölkədə fövqəladə vəziyyətin ləğvindən 6 ay sonra keçiriləcək”.
Region
21 mart 2020 18:58
Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

“Gürcüstanda builki parlament seçkiləri ölkədə fövqəladə vəziyyətin ləğvindən 6 ay sonra keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin xüsusi iclasında çıxışında bildirib.

O, seçkilərin müddətinin dəyişdirilməməsi üçün fövqəladə vəziyyətin qoyulan vaxtda başa çatacağına ümid etdiyini deyib.

Qeyd edək ki, koronavirusla bağlı qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. Parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi