Gürcüstanda parlament seçkilərinin tarixi dəyişdirilməyəcək

Gürcüstanda parlament seçkilərinin tarixi dəyişdirilməyəcək “Gürcüstanda parlament seçkilərinin tarixinin dəyişdirilməsi gündəmdə deyil”.
Region
118
17 İyun , 2020 11:18
Gürcüstanda parlament seçkilərinin tarixi dəyişdirilməyəcək

“Gürcüstanda parlament seçkilərinin tarixinin dəyişdirilməsi gündəmdə deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, risk olsa belə, o, minimaldır: “Seçkilərin konstitusiya ilə müəyyən edilmiş müddətdə keçirilməsinə təhlükə yoxdur. Bəzi insanlar bu mövzunu siyasi spekulyasiyalar üçün istifadə edir. Bu gün belə bir risk mövcud deyil”.

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub. Hakim Gürcü Arzusu Partiyasından bildirilib ki, koronavirus pandemiyasının ikinci dalğası oktyabr-noyabr aylarına təsadüf edərsə, seçkilərin dekabra təyin olunacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi