Gürcüstanda parlament seçkilərinə 14 milyon dollardan çox vəsait xərclənəcək

Gürcüstanda parlament seçkilərinə 14 milyon dollardan çox vəsait xərclənəcək Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq.
Region
13 Yanvar , 2020 16:43
Gürcüstanda parlament seçkilərinə 14 milyon dollardan çox vəsait xərclənəcək

Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Vəsaitin böyük hissəsi - 19,5 milyon lari olmaqla əməkhaqqılarının ödənilməsinə sərf ediləcək.

Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlər üçün 1 061 000 lari, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 111 674 lari həcmində vəsait nəzərdə tutulub.

Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 238 050 lari yönəldiləcək.

Qeyd edək ki, qonşu ölkədə qanunverici orqana seçkilər oktyabrda baş tutmalıdır. 

Son xəbərlər

Orphus sistemi