Gürcüstanın 17 birmandatlı dairələrində parlament seçkilərinin ikinci turu 21 noyabrda baş tutacaq.
“Report” xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze deyib.
“Seçki rəhbərliyinin bugünkü iclasında ikinci turun keçirilmə vaxtı müəyyən edilib. Seçki qanunla müəyyən edilmiş müddətdə - bu ilin 21 noyabrında baş tutacaq”.
Qanunvericiliyə əsasən ilk raundda eyni dairədən ən yüksək nəticə əldə edən iki namizəd arasında seçkilərin ikinci raundu keçirilməlidir.
Qeyd edək ki, 31 oktyabrda Gürcüstanda parlament seçkiləri keçirilib.150 yer uğrunda 48 partiya və iki siyasi blok mübarizə aparıb.