Gürcüstanda “Omikron”a yoluxma halları artıb

Gürcüstanda “Omikron”a yoluxma halları artıb Gürcüstanda koronavirusun “Omikron” ştamına indiyədək 93 yoluxma faktı təsdiqlənib.
Region
30 dekabr 2021 08:38
Gürcüstanda “Omikron”a yoluxma halları artıb

Gürcüstanda koronavirusun “Omikron” ştamına indiyədək 93 yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, yoluxan şəxslər nəzarətdə saxlanılır və ştamın ötürülmə zənciri məlumdur.

Qeyd edək ki, dekabrın 28-dək yeni ştam 63 nəfərdə aşkarlanmışdı.

Xatırladaq ki, qonşu ölkədə COVID-19-un mutasiyaya uğramış yeni ştamına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi