Gürcüstanda “Omikron”a 1 754 nəfər yoluxub, onların 3-ü ölüb

Gürcüstanda “Omikron”a 1 754 nəfər yoluxub, onların 3-ü ölüb İndiyədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 1 754 yoluxma faktı təsdiqlənib.
Region
1 Fevral , 2022 14:07
Gürcüstanda “Omikron”a 1 754 nəfər yoluxub, onların 3-ü ölüb

İndiyədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 1 754 yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze brifinqdə bildirilib.

O qeyd edib ki, yoluxanların 38-i xəstəxanaya yerləşdirilib, 3-ü vəfat edib.

A.Qamkrelidze hazırda ölkədə COVID-19-a yoluxma hallarının 90-95 %-nin “Omikron”un payına düşdüyünü deyib.

Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma halı ötən ilin dekabrın 20-də qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi