Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 11 nəfər saxlanılıb

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 11 nəfər saxlanılıb Gürcüstanın Şida Kartli bölgəsində xüsusi əməliyyat keçirilib.
Region
16 Sentyabr , 2021 15:40
Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 11 nəfər saxlanılıb

Gürcüstanın Şida Kartli bölgəsində xüsusi əməliyyat keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Nəticədə “oğru dünyası”na üzvlük, fəaliyyətinin dəstəklənməsi və üzvlüyə müraciətdə ittiham olunan 11 nəfər saxlanılıb, 4 nəfər isə məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslərin maddi gəlir əldə etmək məqsədilə “qanuni oğru”ların sifarişləri ilə sistematik olaraq vətəndaşları pul və bahalı avtomobillərdən məhrum etdikləri müəyyən edilib. Onları 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi